Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 13:47:00
Alimlər kosmosdan gələn yeni siqnal aşkarlayıblar

Kaliforniya Texnologiya İnstitutunun Ouens-Velli Rəsədxanasının əməkdaşları yeni vahid sürətli radio siqnal aşkarlayıblar.

AzEdu.az bildirir ki, alimlər sözügedən siqnalın yer kürəsindən 7.9 milyard işıq ili uzaqlıqda yerləşən FRB 190523 qalaktikasından gəldiyini müəyyən ediblər.

Tədqiqatçıların bildirdiklərinə görə, 2017-ci ildə kəşf edilən sözügedən qalaktika planetimizin də içində yer aldığı "Süd yolu" qalaktikasına oxşayır: "Bu isə onu göstərir ki, hər bir qalaktika bizim "Süd yolu" kimi fəzaya siqnallar göndərə bilər".
Qeyd edək ki, FRB 190523 qalaktikasından gələn sonuncu siqnalı iyunun 27-də avstraliyalı alimlər qeydə almışdılar.