Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-03 17:17:20
Rus sektoru üzrə 400 bal toplayan abituriyent:“Bu nəticə mənim üçün təəccüblü deyil”

"Qəbul imtahanında göstərdiyim nəticə mənim üçün təəccüb doğurmadı. 400 bal toplayacağımı bilirdim"

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bakı şəhər 61 saylı orta məktəbin rus bölməsi üzrə məzunu Samirə Mahmudova deyib. Samirə ümumilikdə 663,1 bal toplayıb:

"İlk imtahanda 283,41 bal toplamışdım. Bu dəfəki nəticəm mənim üçün vacib idi. Lakin 400 bal toplamaq o qədər də çətin olmadı. Bəzi suallarda tərəddüd etsəm də, maksimum nəticə göstərə bildim".

Qeyd edək ki, 23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında 9 nəfər 400 bal toplayıb.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları