Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-03 17:03:54
Lənkəran Peşə Liseyinin tələbələri Masallı Sənaye Məhəlləsinə olublar

Lənkəran Peşə Liseyi və Masallı Sənaye Məhəlləsinin təşkilatçılığı ilə Lənkəran Peşə Liseyinin qaynaqçı, çilingər-santexnik və Masallı Peşə Məktəbinin mebel ustası ixtisasının istehsalat təlim ustaları və tələbələri üçün Masallı Sənaye Məhəlləsinə infotur təşkil olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  AzEdu.az-a bildirilib ki, infoturun keçirilməsində məqsəd peşə təhsili alan tələbələrdə sahibkarlıq düşüncə tərzini formalaşdırmaq, onları Azərbaycanda yaradılan sənaye məhəllələrinin fəaliyyəti barədə məlumatlandırmaq, real istehsal prosesi ilə tanış etməkdən ibarətdir. Tələbələr Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən mebel istehsalı, müasir qaynaq və çilingərlik işləri ilə tanış olublar.

İnfotur zamanı tələbələrin Masallı Sənaye Məhəlləsində istehsalat təcrübələrinin keçirilməsi ilə bağlı müzakirələr də aparılıb.