Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-03 16:20:00
İmişli rayonu üzrə 400 bal toplayan abituriyent bəlli oldu

İmişli şəhər 1 saylı məktəb-liseyin məzunu Turqut Ağaşov Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə imtahanda təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.

 

Bu barədə İmişli rayon Təhsil Şöbəsindən AzEdu.az-a bildiriblər.

Turqut buraxılış imtahanının və ali məktəbə qəbul imtanaını nəticəsinə görə 690 bal toplayıb.

Qeyd edək ki, imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib.