Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-03 14:05:00
Valideynlər imtahan prosesini izlədilər - FOTOLAR

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) valideynlər yaz imtahan sessiyasının gedişini müşahidə ediblər.

AzMİU-dan AzEdu.az-a bildirilib ki, valideynlər tədris binalarında olub, övladlarının və digər tələbələrin imtahan prosesini yaxından izləyiblər. Əvvəlcə onlar Memarlıq fakültəsində diplom müdafiələrində iştirak ediblər. Sonra mərkəzləşdirilmiş imtahan otaqlarını gəzərək kompüter və yazılı imtahanların gedişini müşahidə edib, tələbələrə yaradılan şəraitlə tanış olublar.

Tədris işləri üzrə prorektor Akif Qasımov, müəllim və nəzarətçilər valideynlərin imtahanlarla bağlı suallarını cavablandırıblar. Valideynlər zalda yerləşdirilən monitor qarşısında əyləşərək imtahan prosesini izləmək imkanı əldə ediblər. İmtahanların obyektiv və şəffaf şəkildə keçirilməsindən razı qalan valideynlər universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.