Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-03 13:20:00
UNEC-in ikili diplom proqramlarının təqdimatı keçirilib  

İyulun 3-də UNEC-in Fransanın Monpelye və ABŞ-ın Linkoln universitetləri, Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi ilə ikili diplom proqramlarının təqdimatı keçirilib.

AzEdu.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən UNEC-in prorektoru Anar Rzayev yeni tədris ilində reallaşdırılacaq ikili diplom proqramları barədə məlumat verib.

Diqqətə çatdırıb ki, UNEC-in tələbə və magistrləri ikili diplom proqramı əsasında Fransanın aparıcı universitetlərinin diplomunu əldə edə biləcəklər.

Sonra Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri Yohan Şitter ikili diplom proqramlarının əhəmiyyətlini vurğulayıb. O, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Digər çıxış edənlər dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə reallaşdırılan ikili diplom proqramlarının üstünlüklərindən danışıblar.