Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-02 13:45:00
Əhməd Qəşəmoğluya Yaponiyadan təklif gəldi

Şair, publisist, sosioloq,  Azərbaycan Yazıçılar birliyinin üzvü, iqtisad elmləri doktoru, “Ahəngdar” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğluna Yaponiyadan yazdığı məqaləyə görə ona elmi əməkdaşlıq təklifi gəlib.

AzEdu.az əməkdaşlıq təklifinin təfərrüatları barədə Əhməd Qəşəmoğlunun fikirlərini alıb.

O, qeyd edib ki, yazdığı məqalə Amerikada indeksli jurnalların birində çap olunub.

“Yaponlar  məqaləmi görüblər. Bu  onların marağına səbəb olub. Məqalə sosial elmlərdə tərəqqinin təşkilinin  qeyri-səlis riyazi modellərinə həsr olunub.

Sosial sistem deyəndə buraya çox şey aid edilir. Ailə, təhsil  və cəmiyyətdə gördüyümüz bir çox nüanslar buraya daxildi. Məqaləmdə  sosial sistemlərdə  tərəqqini təşkil etmək üçün  hansı riyazi metodlardan necə istifadə etmək lazım olduğu barədə yazılıb.Tərəqqinin mahiyyəti barədə geniş  və dəqiq məlumatlar verilib. Bu da yaponların diqqətini cəlb edib. Onlar deyiblər ki. belə yanaşma ilə ilk dəfədir ki, qarşılaşırlar. Bu  onlar üçün maraqlı olub.

Ona görə də mənə yazıblar ki,  bərabər əməkdaşlıq etmək istəyirik.Sonra isə məni oraya dəvət ediblər. Lakin mənim getmək imkanım olmadığı üçün  onlara öz təşəbbüslərimi yazıb göndərdim.Hazırda isə aramızda fikir mübadiləsi baş verir”.

Əhməd Qəşəmoğlu söyləyib ki, Yaponlara məqaləni o, göndərməyib.

“Özləri o məqaləni görüb və maraqlanıblar. Sonra isə  mənə məktub yazıblar. Xoş olan  odur ki. onlar məqaləmi tapıb və qiymətləndiriblər. Məqalədə qoyduğum məsələnin qoyuluşu onlar üçün çox maraqlı olub. Ona görə də əməkdaşlıq etmək fikrinə düşüblər.

Məqaləm beynəlxalq elmi konfransların mətninə salınıb. Sonra isə “Elsever” deyilən çox yüksək indeksli jurnalda yayımlanıb. Həmin jurnal yüksək elmi potensiala malik  nəşrdi. Bu jurnalın məqaləmi paylaşması  dünya elm adamlarının da marağına səbəb olub.

Mənə pis təsir edən odur ki.  ölkəmizdə məqaləmə diqqət verilmədiyi, halda Yaponiyada bu böyük marağa səbəb olub.Bu gün dünyanın bir çox ölkələrində bu nəzəriyyədən istifadə olunur. Yaxşı olar ki, özümüzdə bu elmi işdən  istifadə edək.

Yaponlar dəvət etdiyi zaman hər bir təminatı özləri qarşılayırlar. Amma insanın özünün yol pulu olmalıdı. Çünki yol pulunu heç vaxt başqa ölkə təmin etmir. Burada əlavə xərclər də öz əksini tapır. Akademiyada verilən maaşı məlumdur. Bununlada həmin xərcləri qarşılamaq olmaz. Mənə bir neçə dəfədir ki, belə dəvətlər gəlir.Lakin getməyə imkan tapmaqda çətinlik çəkirəm.

“Ahəngyol” konsepsiyası hazırda dünyada yayılmaqdadı.Buna görə də məni bir çox ölkələrə dəvət edirlər.Amma Akademiyanın büdcəsi və imkanı  buna yol vermir”

Şükufə Süleymanlı