Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-26 17:43:13
“Çox yaxın zamanda  Azərbaycanın 3-4 universiteti  dünya reytinq cədvəlində irəliləyəcək” - Təhsil eksperti

“İnanıram ki, bu universitet yaxın zamanlarda təkcə dünya reytinq cədvəlində ön sıralarda olmayacaq, eyni zamanda xarici ölkələrdə filialı açılacaq ilk təhsil müəssisəmiz olacaq”.

AzEdu.az xəbər verir ki, bunu  təhsil eksperti  Kamran Əsədov Bakı Ali Neft Məktəbi haqqında danışarkən qeyd edib.

Ölkəmizdə 50-dən çox ali təhsil müəssisəsinin, 160 000-dən çox tələbənin olduğunu bildirən ekspert bu ali təhsil müəssisəsinin bir sıra perspektivlərə görə digərlərindən   fərqləndiyini bildirib:

“Təəssüf ki, Universitetlərimiz dünya reytinq cədvəlində yoxdur. Amma bir müddət əvvəl dediyim kimi, yaxın vaxtlarda 3 - 4 universitet bu reytinqdə nəzərə çarpacaq dərəcədə irəlidə olacaq. Bunlardan biri Bakı Ali Neft Məktəbidir. Universitetin reytinqinə təsir göstərən amillərdən biri məzunlarının işlə təmin olunması, universiteti bitirdikdən sonra fəaliyyətinin izlənməsidir.  O,  fəaliyyət göstərdiyi 6 il ərzində ölkədə ən yüksək bal toplayan abituriyentlərin seçdiyi universitet olmağı bacarıb.  


Ali təhsil ocaqlarımız barədə araşdırma aparırdım. Deyim ki, onlardan məlumat əldə etmək çox çətindir. Yenə də 3-4-ü istisna olmaqla.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları