XƏBƏRLƏR

02.07.2019 11:43
Rusiya Ayın tədqiqində süni intellektli robotlardan istifadə edəcək  

Rusiya Ayın tədqiqində süni intellektli robotlardan istifadə edəcək.

AzEdu.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə “Roskosmos” dövlət korporasiyasının mətbuat xidmətindən bildiriblər.

Dövlət korporasiyasının nümayəndəsi qeyd edib ki, “Ayın tədqiqi proqramında insanın iştirakı avtomatik kosmik aparatların və sini intellektli robotların istifadəsi ilə paralel şəkildə aparılacaq”. Robot sistemləri Yerin təbii peykinin tədqiqi zamanı insan sağlamlığı üçün təhlükəli risklərin minimuma endirilməsi və xərclərin azaldılması məqsədilə tətbiq ediləcək. Bunun üçün Rusiyanın dövlət korporasiyasının elmi tədqiqat institutu tərəfindən Ayın tədqiqi üzrə konsepsiya hazırlanıb və bütün işlər bu çərçivədə həyata keçiriləcək.

2018-ci ilin sonunda Rusiya Elmlər Akademiyasının Kosmos Şurası milli kosmik proqram üzrə konsepsiyanı təsdiqləyib, lakin ona əlavələr edilməsinin zəruriliyini qeyd edib. “Roskomos”dan bildiriblər ki, bu proqram 2040-cı ilədək bir neçə mərhələdə həyata keçiriləcək. Dövlət korporasiyasının baş direktoru Dmitri Roqozinin müvafiq təqdimatında qeyd edilir ki, rusiyalı kosmonavtlar Ayın səthinə ilk dəfə 2030-cu ildə enəcəklər. Bu vaxtadək Yerin təbii peykinə avtomatik aparatlar, o cümlədən “Luna-25” zondunun göndərilməsi nəzərdə tutulur. Rusiya alimləri Ayın cənub qütbünü tədqiq edəcəklər. 2023-cü ildə isə “Luna-Resurs-1” kosmik aparatının Ayın orbitinə göndərilməsi planlaşdırılır.

İlin gənc müəllimi-Müraciət formu