XƏBƏRLƏR

02.07.2019 10:47
Universitetlərə imtahansız qəbul olmaq istəyən 7 mindən çox kollec məzunu ərizəsini təsdiqlədi

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, elektron ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır. İyulun 2-si saat 11:10-a olan məlumata görə, 6679 subbakalavr qeydiyyatdan keçib. Onlardan 6600 nəfərin ərizəsi təsdiqlənib.

Subbakalavrlar DİM-in ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və parolundan istifadə etməklə internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Tələb olunan məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

İlin gənc müəllimi-Müraciət formu