Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-01 12:15:00
Təhsil Nazirliyinə bir ayda 17 min 323 müraciət daxil olub  

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) bu ilin iyun ayında daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən AzEdu.az-a bildiriblər ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 17 min 323 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14 min 905 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 min 418 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1162 (506 ərizə, 656 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər məsələləri əhatə edib.