Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-01 10:33:31
Bu rayonlardakı imtahan nəzarətçiləri daha çox qayda pozuntularına şərait yaradıblar  

2018-ci ildə keçirilən qəbul imtahanlarında Yasamal, Qaradağ, Nizami, Naxçıvan MR, Sumqayıt, Qubadlı, Zəngilan, Bərdə, Yevlax rayonlarının nəzarətçiləri qayda pozuntularına daha çox şərait yaradıblar.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında nəşr olunub.

Regionlar üzrə Gəncə, Şəki, Mingəçevir, Göyçay, Şirvan, Xaçmaz nəzarətçiləri qayda pozuntularına daha az yol veriblər.

Son illərdə Sumqayıt şəhərinin, Qubadlı, Zəngilan, Bərdə, Yevlax rayonlarının məktəblərindən olan nəzarətçilər arasında qayda pozuntularına yolvermə hallarının daha çox olduğu müşahidə olunur.

Ötən il qayda pozuntusuna yol verən nəzarətçilərin ümumi sayı 275, ciddi qayda pozuntusuna yol verənlərin sayı isə 90 nəfər olub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları