XƏBƏRLƏR

29.06.2019 16:39
Bu il Bakı Dövlət Universitetini beş minə yaxın tələbə bitirir

İyunun 29-da “Baku Crystal Hall”da Bakı Dövlət Universitetinin (BDU) 2018-2019-cu tədris ilinin məzunları ilə təntənəli görüş olub.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 AzEdu.az xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, alim və tələbələrin iştirak etdikləri görüşdə Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

C.Bayramov ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladıb. Nazir Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb. BDU-nun elm və təhsilin inkişafında müstəsna rolundan bəhs edən nazir bu il universiteti 5 minə yaxın tələbənin bitirdiyini deyib.

BDU-nun rektoru Elçin Babayev universitetdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Rektor məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

Təhsildə yüksək nəticələr əldə edən tələbələrə fərqlənmə diplomları təqdim olunub.

İlin gənc müəllimi-Müraciət formu