Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-29 15:47:00
Gələcəyin çox perspektivli peşələrini öyrənən bölgə gəncləri - Qeyri-adi imtahan prosesindən video

 

İyunun 27-də  Peşə Təhsili üzrə Dövlət Agentliyinin xətti ilə İsmayıllı və  Qəbələ rayonlarına təşkil edilib.  

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkil etdiyi media turda  turizm və kənd təsərrüfatı yönümlü ixtisaslar üzrə təhsil alan tələbələrdən praktiki şəkildə imtahanlar götürülüb.

Avropa İttifaqının Grand layihəsi çərçivəsində İsmayıllı Peşə Tədris Mərkəzinin “Üzüm və şərab ustası” ixtisası qrupunun tələbələri də  aralıq imtahanlarında iştirak ediblər.

Onlar imtahanı İsmayıllı Şərab-2 müəssisəsi  Chabiant Winery-də peşə mərkəzinin tələbləri üçün ayrılan 2 hektarlıq təcrübə sahəsində imtahan veriblər.

İmtahan sualları iqlim və ətraf mühit, üzüm bitkisinin əkini, qulluq, gübrələmə və dərmanlardan istifadə mövzularını əhatə edib.

Mediatur iştirakçıları eyni gündə  Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Heyvandarlıq mütəxəssisi” ixtisası qrupu şagirdlərinin  “Gilan Dairy Farms” MMC südçülük kompleksindəki imtahan prosesində  iştirak ediblər.

Həmçinin mərkəzin “Şirniyyatçı” və “Ofisiant, barmen, bufetçi” qrupunun şagirdləri “Qafqaz Tufandağ Hotel” və “Qafqaz Resort Hotel”də baş tutan  imtahan prosesində bilik və bacarıqlarını sınayıblar.

 Onlar qənnadı və şirniyyat məhsullarının hazırlanma texnologiyası və xarakteristikası; İçkilərin hazırlanma texnologiyası və xarakteristikası ilə bağlı nəzəri və praktiki bilgilərini sərgiləyiblər.

Həmçinin, masanın hazırlanması kimi mövzularda öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

na NƏBİ