XƏBƏRLƏR

29.06.2019 11:21
Uzun müddət telefona baxanda göz çəpləşir - Yapon alimlərinin araşdırması

Yapon alimlərinin araşdırmalarına görə, uzun müddət smartfona baxan uşaq və yeniyetmələrin, eləcə də gənclərin gözlərində çəpgözlük yaranır və görmənin ikiləşməsinə meyillik olur.

AzEdu.az xəbər verir ki, bir neçə yapon tibbi təşkilatı 370 oftalmoloq arasında sorğu apararaq, çəpgözlüklə müraciət etmiş pasiyentlərin tibbi məlumatlarını incələyiblər. Həkimlərin 60% -i bildirib ki, gənc nəsildə çəpgözlüyün əsas səbəblərindən biri də smartfon və qadjetlərdən çox istifadə etməkdir. Müalicə ərəfəsində xəstələrə smartfondan istifadə qadağan olunduqda müalicə effekt verib.

Həkimlər etiraf edib ki,`10 il əvvələ kimi çəpgözlülük çox nadir hallarda rast gəlinirdi və daha çox anadangəlmə olurdu, indi isə texnologiyanın inkişafı ilə bu diaqnoz çoxalıb.

Buna misal kimi isə 17 yaşlı məktəblini göstəriblər. O, 12 ay ərzində hər gün smartfonda fasiləsiz 5-7 saat vaxt keçirir və bir dəfə sinifin divarından iki saat asıldığı görür. Görməsində problem olduğunu anlayan qız həkimə gedir və ona görmənin ikiləşməsi diaqnozu qoyulur. Həkimlər ona smartfondan tamamilə imtinanı məsləhət gördükdən sonra xəstənin gğzü sağalır. (Medicina.az)

İlin gənc müəllimi-Müraciət formu