Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-29 10:46:00
Azərbaycanda magistratura səviyyəsi üzrə qiyabi təhsil almaq mümkündür?

Ali təhsil pilləsinin magistratura səviyyəsində əyani və qiyabi təhsilalma formaları müəyyən edilir.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”nda öz əksini tapıb.

Məlumata əsasən, magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir.

Qeyd edək ki, magistraturaya tələbə qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.