Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-29 09:17:00
Ukraynada ali təhsil alanların nəzərinə: Qəbul olunan apostil nümunəsi

Xarici ali təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi fəaliyyət göstərir.

Statistikaya əsasən, Azərbaycan vətəndaşlarının təhsil almaq üçün daha çox üz tutduqları ölkələrdən biri də Ukraynadır.

Xarici ali təhsil ixtisaslarının tanınması üçün məzunlar nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etməlidirlər. Müraciət zamanı yaranan problemlərdən biri də təqdim olunan apostil nümunəsinin keçərli olmamasıdır. 

Bəs qəbul olunan apostil nümunəsi almaq üçün nə etmək lazımdır?

-Ukraynada təhsil sənədlərinin [diplom və ona əlavənin] apostil möhürü/sertifikatı ilə leqallaşdırılması proseduru Təhsil və Elm Nazirliyi tərəfindən həyata keçirilir. Bu barədə ətraflı məlumat əldə etmək üçün təhsil aldığınız ali təhsil müəssisəsinin özünə müraciət etməyiniz tövsiyə olunur.

İlkin olaraq, ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya-Leqallaşdırma” bölməsi vasitəsilə Haaqa Konvensiyasına uyğun olaraq, apostil möhürü/sertifikatı ilə leqallaşdırılmaya qoyulan tələblərlə tanış olmalısınız.

Göstərilmiş tələblərə uyğun olmayan apostil nümunələri qəbul olunmur. 

AzEdu.az qəbul olunan apostil nümunəsini təqdim edir:

Qeyd edək ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.