Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-28 17:17:00
Tibb məzunlarının nəzərinə: Keçid balının azalma ehtimalı var? 

Rezidenturaya qəbul müsabiqəsinin II mərhələsi - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına qeydiyyat artıq başa çatıb. İmtahan iyulun 14-də baş tutacaq.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 40-dan çox bal toplayanlar müsabiqənin II mərhələsinə iştirak hüququ qazanıblar.

İxtisas seçimində isə müsabiqə şərtlərini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər iştirak edə biləcəklər.

Qeydiyyatdan keçən məzun sayının  rezidentura üçün nəzərdə tutulan plan yerləri ilə müqayisədə az olması keçid balının aşağı salınacağı haqda müzakirələrə səbəb olub.

Namizədlər xüsusilə də II mərhələnin keçid balının 50 baldan 40 bala endiriləcəyini düşünürlər.

AzEdu.az məsələni dəqiqləşdirmək məqsədilə Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzdən  bildirilib ki, müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur.

Qeyd edək ki, rezidenturaya qəbulun II mərhələsi üçün 447nəfər qeydiyyatdan keçib. Onların 394-ü Azərbaycan; 53-ü isə Rus bölməsi  üzrə imtahan verəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları