Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-28 16:10:00
Rezident olmaq istəyənlərin nəzərinə - Bu gün son gündür

Rezidenturaya qəbul üzrə sınaq imtahanında iştirak etmək istəyənlərin qeydiyyatı bu gün 17:00-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, sınaq imtahanına 220 yer nəzərdə tutulub. Qeydiyyatdan keçən məzunların sayı 110-dur.

Sınaq imtahanı 29 iyun 2019-cu il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (keçmiş Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10.00-da başlayacaq.

İmtahan zamanı sualların cavablandırılması üçün bakalavrlara 2 saat 30 dəqiqə vaxt veriləcək.

Qeyd eədk ki, ınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36  AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları