Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-28 11:58:00
“Peşə məktəbləri”ndə çox maraqlı imtahan prosesləri – Pilot layihə FOTOLARDA  

Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq  Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur.

AzEdu.az xəbər verir ki, layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə təhsili müəssisində Almaniyanın duala bənzər peşə təhsili və təlimi (PTT) yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

Layihənin çərçivəsində icra olunan fəaliyyət istiqamətləri (nəticələr) aşağıdakılardır:

Pilot PTT müəssisələrinin strateji mövqeyinin inkişaf etdirilməsi (Strateji İnkişaf Planları);

Pilot PTT müəssisələri ilə özəl sektor arasında strateji tərəfdaşlığın qurulması;

Pilot PTT müəssisələri üçün səriştə əsaslı tədris və təlim materialları hazırlanması və pilot olaraq tətbiq edilməsi;

Gələcək sahibkarlar və həssas qruplar üçün tələbata uyğun PTT sisteminin yaradılması;

Pilot PTT mərkəzlərinin işçi heyətinin: rəhbərlik, müəllimlər, usta-təlimçilər, eləcə də özəl sektor təlimçilərinin səriştələrinin gücləndirilməsi;

PTT üzrə təşviqat strategiyasının hazırlanması və tətbiq edilməsi, öyrənilmiş dərslərin milli-beynəlxalq səviyyədə yayılması.

İkinci  istiqamət üzrə ED VET layihəsinin dəstəyi ilə hər 3 pilot PTT müəssisəsi ilə regionun aparıcı özəl sektor subyektləri anlaşma memorandum imzalanıb. Özəl sektor nümayəndələri təlim prosesində effektivliyi təmin etmək üçün təlimin planlaşdırma və icra olunma mərhələlərinə aktiv şəkildə cəlb olunmaqdadır. Həmçinin, layihənin dəstəklədiyi ixtisas qrupların şagirdləri həmin müəssisələrdə istehsalat təliminə və təcrübəsinə cəlb olunurlar.

25-27 iyun 2019-cu il  tarixlərində  pilot  PTT müəssisələrində ED VET layihəsinin dəstəklədiyi ixtisaslar üzrə şagirdlərin təlim və təcrübə zamanı əldə etdikləri biliklərin qiymətləndirilməsi həyata keçirilib.

İmtahan əməkdaşlığa cəlb olunmuş müəssisələrdə müəssisə rəhbərliyinin başçılığı altında təşkil olunan qiymətləndirmə komitəsi tərəfindən həyata keçirilib.

Qiymətləndirmədə eləcə də ED VET layihəsinin əməkdaşları iştirak edib.

27 iyun tarixində İsmayıllı Peşə Tədris Mərkəzinin “Üzüm və şərab ustası” ixtisası qrupunun tələbələri Chabiant Winery-də (İsmayıllı Şərab-2 müəssisəsi) peşə mərkəzinin üçün ayrılmış 2 hektar təcrübə sahəsində imtahanda təşkil olunub. İmtahan sualları iqlim və ətraf mühit, üzüm bitkisinin əkini, qulluq, gübrələmə və dərmanlardan istifadə mövzularını əhatə edib.

Eyni gündə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Heyvandarlıq mütəxəssisi” ixtisas qrupunun şagirdləri “Gilan Dairy Farms” MMC südçülük kompleksində imtahanda iştirak edib. Müəssisədaxili təlimçilərin iştirakı ilə hazırlanmış suallar aşağıdakı mövzuları əhatə edib:

Kənd təsərrüfatı heyvanlarının yemlənməsində istifadə olunan yemlər;

Yemlərin tərkibində olan quru maddə və suyun heyvan orqanizminin fizioloji inkişafında və məhsul istehsalında rolu;.

Quru maddənin tərkib hissələri;

Üzvi və qeyri-üzvi;

Yemin analizi-tərkibin müəyyənləşdirilməsi;

Orqanoleptik üsulla qaba yemin yoxlanması;

Orqanoleptik üsulla şirəli yemin yoxlanması;

Orqanoleptik üsulla qüvvəli yemin yoxlanması;

Fiziki mexaniki üsulla yemlərin yoxlanması;

Yemlər mənşəyi və funksionallığına görə növləri;

Siloslaşma qabiliyyətinə görə bitki qrupları;

Heyvanların yemlənməsində şirəli yemlərin növlərindən istifadə;

Həmçinin mərkəzin “Şirniyyatçı” və “Ofisiant, barmen, bufetçi” qrupunun şagirdləri “Qafqaz Tufandağ Hotel” və “Qafqaz Resort Hotel”də imtahanda iştirak iştirak edərək aşağıdakı mövzularda öz bilik və bacarıqlarını nümayiş etdiriblər:

Qənnadı və şirniyyat məhsullarının hazırlanma texnologiyası və xarakteristikası;

İçkilərin hazırlanma texnologiyası və xarakteristikası;

Masanın hazırlanması.

Rəna Nəbi