Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-27 13:47:00
Universitetlərdən və kolleclərdən xaric edilən tələbələrin sayı açıqlandı

1992-2018-ci illərdə Azərbaycanda təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və öz xahişi ilə əlaqədar təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb.

AzEdu.az-ın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində bildirilib ki, “Tələbə-məzun” sistemində yer alan məlumatlara əsasən, 1992-2018-ci illərdə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və öz xahişi ilə əlaqədar bakalavriat səviyyəsi üzrə 15 944 nəfər, magistratura səviyyəsi üzrə 2952 nəfər təhsil müəssisələrindən xaric edilib.

Tam orta ixtisas bazası üzrə 7154 nəfər, ümumi orta ixtisas bazası üzrə isə 5906 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və öz xahişi ilə əlaqədar təhsil müəssisələrindən xaric olunublar.