Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-27 10:52:00
Əylənərək öyrənək - YAY MƏKTƏBİ layihəsi  

Müasir İnnovasiyalar Liseyi: MİL Yay Məktəbi (Summer school) ideyası necə  necə yarandı?

 Azərbaycan Republikası Təhsil Nazirliyi və Dövlət İmtahanın Mərkəzinin eksperti, Müasir İnnovasiyalar Liseyinin direktoru

 Sevinc xanım Əliyeva 

Fəaliyyətə başladığı dövrdən daim kreativliyi, yenilikləri ilə seçilən Müasir İnnovasiyalar Liseyinin (MİL) artıq dördüncü ildir ki, beynəlxalq MİL_YAY MƏKTƏBİ layihəsini, "ƏYLƏNƏRƏK ÖYRƏNƏK" proqramını həyata keçirir. 2015- ci ildən Britaniya mütəxəssisləri ilə razılışdırılmış müqaviləyə əsasən xarici və yerli proqram milli ümumbəşəri dəyərlərə istinad edərək həyata keçirilməkdədir. Məqsəd şagirdlərin daha əyləncəli və faydalı tətil keçirmələrini təmin etmə, qeyri standart dərs modellərinin tətbiqi, insanların maariflənməsidir. İşləyən valideynlərə köməkdir.Şagird həm əylənir, həm gəzir, həm öyrənir, praktik vərdişlərə yiyələnir, dünyagörüşü artır, ölkəmizi daha yaxşı tanıyır, dəyərlərin qorunması və təbliğini vərdişlərini özündə formalaşdırır.  Dördüncü il olmasına baxmayaraq bu yolda biz yalnız davam etmirik. Çox sevindirici haldır ki, artıq bizdən öncə fəaliyyətə başlamış təhsil müəssisələri də bu proqraml tətbiq edir və bütünlükdə övladlarımızın daha yaxşı, əylənərək öyrənməsinə şərait yaradırlar.  

Dəniz sahilində idman oyunlarının, rəqs məşğələlərinin keçməsi, canlı təbiətdə təsviri fəaliyyət vərdişlərinə yiyələnmə şagirdlərə zövq verir, onlar məşğələlərdən yorulmurlar. 

Bir lisey olaraq bu kimi yeniliklərdən hər bir vətəndaşımızın faydalanmasını təmin etmək məsuliyyətli eyni zamanda mürəkkəb bir işdir. Daha çox Azərbaycan  övladının bu proqramdan yararlanmasını təmin etdiyi üçün bütün təhsil müəssisələrinə və təhsil firmalarına minnətdarlığımızı bildiririk. Eyni zamanda bu proqramın paylaşaraq daha faydalı bir hala gətirilməsi, daha çox insanın yararlanması, həqiqətən də bizim üçün çox  sevindirici, qürurverici bir haldır. Eyni zamanda yay məktəbi proqramının inkişaf etdirilməsi məqsədi ilə biz təlimlər də keçiririk. 

Müasir İnnovasiyalar Liseyi kollektivi adından, şəxsən öz adımdan bizə və təhsil sektorundaki yeniliklərimizə göstərilən etimada görə  hər kəsə öz təşəkkürümü bildirirəm.