Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-27 10:22:34
Magistraturaya qəbul olunan bakalavrların universitetlərə qeydiyyatı başlayır

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başlayır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar iyunun 27-dən  iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.