XƏBƏRLƏR

26.06.2019 14:10
Ekspertdən həyəcan təbili: “Bu il 50, 60 balla kolleclərə daxil olmaq mümkün olmayacaq”

Ötən il kimsə 45, 50, 60, 65, 70 balla hansısa kollec ixtisasına düşübsə, bu o demək deyil ki, bu ildə o ballarla kollecə daxil ola biləcək. Xeyr! Əsla! Çünki müqayisəli təhlil aparsaq deyə bilərik ki,  ötən il 90 balın yarısı ilə (45 bal) hansısa ixtisasa qəbul olunan abituriyent, bu il 300 balın yarısı (150) ilə həmin yerə düşə bilər”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyin. Onun sözlərinə görə, bu il kolleclərə və V qrup ixtisaslarında müsabiqə şəraiti gərginləşəcək:

"IX siniflər üçün keçirilən buraxılış imtahanlarında ötən il maksimum bal 200 olub. Amma bu il 300 baldır. Bu isə o deməkdir ki,  ötən il 90 balla "x" ixtisasa düşən abituriyent, bu il 110-120 balla o yerə düşə bilər.

XI illik bazada isə ümumiyyətlə ən gərgin vəziyyət yaranıb. Kolleclərə ötən il maksimum bal 90 olub. Bu il isə maksimum şkala 300 baldır. Ötən il kimsə 45, 50, 60, 65, 70 balla hansısa kollec ixtisasına düşübsə, bu o demək deyil ki, bu ildə o ballarla kollecə daxil ola biləcək. Xeyr! Əsla! Çünki müqayisəli təhlil aparsaq deyə bilərik ki,  ötən il 90 balın yarısı ilə (45 bal) hansısa ixtisasa qəbul olunan abituriyent, bu il 300 balın yarısı (150) ilə həmin yerə düşə bilər. Doğrudur, bu zaman yeni modeli və bu modellə keçirilən imtahanı nəzərə alsaq, o zaman bu yarılamadan ən azı 50-60 bal çıxırıq. Nəticədə 90-100 bal formalaşır ki, bu da ötən ilin 45 balına bərabər nəticədir. Həmçinin, bu qayda V ixtisas qrupu üzrə də eynidir. Çünki orada da ötən il maksimum bal 90 idi, bu il isə 300 bal".

Elçin Əfəndi abituriyentləri ixtisas seçimi edərkən diqqətli olmağa çağırıb:

"Son zamanlarda bir çox şəxslər peydə olub. Onlar haqqında ciddi tədbir görüləcək. Camaatı aldadırlar ki, 45 balla idmanla bağlı ixtisaslara, 70 balla Tibb kollecinə düşə biləcəksən.  Halbuki qabiliyyət imtahanında iştirak etmək üçün minimal bal 60-dır. Tibb kollecinə qəbul olunaq üçün isə ən azı 110-130 bal toplamaq lazımdır ki, hələ ödənişliyə düşə biləsən. İşinizi peşəkarlarla həll edin. Bu cür şəxslərə qətiyyən inanmayın. Prosesə diqqətli və məsuliyyətli yanaşın".

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu