Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-25 15:25:00
Pedaqoji mühazirələr keçirilir  

Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə pedaqoji mühazirələr keçirilir.

AzEdu.az xəbər verir ki, pedaqoji mühazirələr iki mərhələdə (birinci mərhələ rayon (şəhər) və ikinci mərhələ respublika mərhələsi) təşkil olunub. Rayon (şəhər) mərhələsi bu ilin fevral-mart aylarında keçirilib. Bu mərhələdə 3 min 642 pedaqoji mühazirə dinlənilib. Onlardan 182-si seçilərək respublika mərhələsinə təqdim olunub. Həmin mühazirələr Təhsil Nazirliyinin işçi qrupu tərəfindən oxunub, onlardan 155-i respublika mərhələsində oxunması üçün proqrama daxil edilib.

Pedaqoji mühazirələr 18 bölmədən ibarətdir. Mühazirələrin keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.