Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-25 13:56:00
Tələbələr viruslu mesajla informasiyaları ələ keçirməyə çalışıblar –UFAZ-dan açıqlama  

Bu gün bir çox xəbər saytları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) bir qrup tələbənin imtahan sisteminə qanunsuz müdaxilə etməsi, kimya və fizika suallarını sistemdən oğurlaması haqqında xəbərlər yayılıb.

AzEdu.az UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərovun fikirlərini öyrənib:

O sözlərində hadisənin təfərrüatları haqqında məlumat verib.

 “UFAZ-ın bir qrup tələbəsi  kimya və fizika fənninin cavablarını əldə etməyə çalışıblar. Onlar tədris aparan müəllimlərə mail göndəriblər. 

Bu maili-in daxilində  viruslar olub. Həmin viruslar müəllimin informasiyalarını əldə etmək məqsədi daşıyıb.

İmtahan  yoxlanıldıqdan sonra cavablar tələbələrin illik nəticələrinə uyğun gəlməyib. Buna görə də müəllimlərdə şübhə yaranıb. Sonra isə geniş bir araşdırma aparılıb.Aydın olub ki. tələbələrin əldə etdikləri  nəticələr  düşünülmədən   imtahan vərəqinə yazılıb. Bu video görüntülərdə də öz əksini tapıb”.

Vazeh Əsgərov qeyd edib ki, məsələ ilə  bağlı komissiya yaradılıb.

“Burada həm Fransız , həm də Azərbaycan tərəfinin nümayəndələri iştirak edib. Hadisə ilə bağlı universitetin rəhbərliyinə və Strasburqa məlumat verilib. 

Sonda verilən qərara uyğun olaraq, imtahan nəticələri  birinci kurs üzrə ləgv edilib.İmtahan iyun ayının 27-28-nə keçirilib”.

Şükufə Süleymanlı