XƏBƏRLƏR

25.06.2019 12:55
Atamın ruhu BDU-nun divarlarında yaşayacaq - Fərəh  Əliyeva 

Mərhum jurnalist, tədqiqatçı Şirməmməd Hüseynovun qızı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva atasının vida mərasimində çıxış edib. 

AzEdu.az xəbər verir ki, F.Əliyeva atasının vəfatı onun üçün çox ağır olduğunu bildirib.

“Atam çox şərəfli və ləyaqətli ömür yaşayıb. O, Bakı Dövlət Universitetini özünün birinci evi hesab edirdi. BDU onun düşüncəsində Azərbaycanın modeli idi. Biz uşaq olanda onun ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi”. 

F.Əliyevə qeyd edib ki, Ş.Hüseynov uzun illərdir ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətini görüb.

“Mən inanıram ki, atamın ruhu BDU-nun divarlarında yaşayacaq”- deyə F.Əliyeva əlavə edib. 

Qeyd edək ki, Ş.Hüseynov ötən gün, 95 yaşında vəfat edib. Mərhum İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

 

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu