Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-25 12:10:00
BDU-nun rektoru: Şirməmməd Hüseynov arzusuna çatdı

"Şirməmməd Hüseynov çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini görsün. Təbii ki, arzusuna çatdı".

AzEdu.az-ın məlumatına görə, bunu Bakı Dövlət Universitetin (BDU) rektoru Elçin Babayev mərhum Şirməmməd Hüseynovla keçirilən vida mərasimində deyib.

O vurğulayıb ki, Şirməmməd Hüseynov yüzlərlə jurnalistin ustadı olub:

"O, Azərbaycan və azərbaycançılıq ideologiyasının carçılarından idi. Azərbaycan dövləti Şirməmməd müəllimin zəhmətini hər zaman qiymətləndirib. Şirməmməd müəllim özündən sonra heç zaman unudulmayan bir tarixi iz qoydu. Allah rəhmət eləsin".