Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-25 10:20:00
Bakı Ali Neft Məktəbinin tələbələri məşhur şirkətdə təcrübə keçəcək

Bakı Ali Neft Məktəbində (BANM) nüfuzlu beynəlxalq neft-qaz şirkəti olan “Baker Hughes, a GE company” nümayəndələri ilə görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə BANM-in professor-müəllim heyəti ilə yanaşı, şirkətin Rusiyanın Xəzər regionunda neft xidmətləri üzrə vitse-prezidenti cənab Mahmud Kassem və vitse-prezidentin köməkçisi Xədicə Məmmədova iştirak ediblər. 

Görüş zamanı tərəflər şirkətdə təcrübəyə seçilmiş BANM tələbələrinin istehsalat prosesi zamanı göstərdikləri performansları və əməkdaşlığın daha da genişləndirilməsi üzrə müzakirələr aparıblar.

 
AzEdu.az xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin tələbə və məzunlarını diqqətdə saxladıqlarına və yaratdıqları yüksək səviyyəli şəraitə görə şirkətin nümayəndələrinə  təşəkkürünü bildirib. 

“Baker Hughes, a GE Company” şirkətinin Rusiyanın Xəzər regionunda neft xidmətləri üzrə vitse-prezidenti Mahmud Kassem şirkətdə bu il istehsalat təcrübəsi üçün Ali Məktəbin daha 8 tələbəsinə yer ayrıldığını rektorun diqqətinə çatdırıb.

Qeyd edək ki, “Baker Hughes, a GE company” şirkəti dünyanın nüfuzlu neft-qaz şirkətlərindən sayılır. Şirkət əsasən, çoxşaxəli neft və mədən məhsulları, xidmətləri və rəqəmsal həlləri üzrə dünyanın ilk və yeganə tam təchizatçısıdır. 

2015-ci ildən “Baker Hughes, a GE company” ilə qurulmuş yüksək əməkdaşlıq nəticəsində şirkətdə Ali Məktəbin tələbələrinin istehsalat təcrübəsi təşkil edilir, daha sonra məzunlar işlə təmin olunur.