Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-24 15:10:00
Kollecdə oxumaq istəyən 9 mindən çox abituriyent “2” alıb  - RƏSMİ

2018-ci ildə kolleclərin müsabiqəsində cari ilin məzunları buraxılış imtahanının nəticələri əsasında, digərləri isə buraxılış imtahanının modelinə uyğun keçirilən qəbul imtahanının nəticələri əsasında iştirak ediblər.

İmtahanda iştirak edən 54.361 abituriyentin 18.24%-i (9914 nəfər) Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən biri üzrə "2" qiymət aldığı üçün, 6.36%-i (3457 nəfər) isə ümumi balı 30-dan az olduğu üçün ixtisas seçiminə buraxılmayıb.

AzEdu.az xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12 sayında bildirilib.

Digər abituriyentlər isə minimal tələbi ödədikləri üçün ixtisas seçiminə buraxılıblar və belə abituriyentlər imtahanda iştirak edənlərin 75.40%-ni təşkil edib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları