Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-24 12:56:38
Magistratura imtahanlarından sonra plan yerləri dolmayan ixtisaslar  -SİYAHI  

Magistratura proqramlarının əksəriyyəti üzrə qəbul planının kəsirdə qalacağı bəlli olub.

AzEdu.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında bildirilib. 

Magistraturaya tələbə qəbulunun qəbul proqramları üzrə nəticələri təqdim edilib.

2, 3, 5, 6, 7, 8, 9, 10, 13, 15, 16, 17, 19, 20, 21, 22, 24, 26, 28, 30, 32, 33, 35, 36, 37, 38, 39, 41, 42, 43, 44, 45, 46, 47, 48, 50, 51, 52, 53, 55, 56, 59, 62, 63, 64, 67, 68, 69, 70, 72, 73 və 74 saylı proqramlara aid olan ixtisaslaşmalar üzrə təqdim edilən ərizələrin sayı ayrılmış plan yerlərinin sayından azdır.

Sadalanan 52 proqram magistratura səviyyəsinə qəbul aparılan bütün proqramların 70.27%-ni təşkil edir. Beləliklə, qəbul imtahanının I mərhələsindən sonra artıq qəbul proqramlarının əksəriyyəti üzrə qəbul planının kəsirdə qalacağı bəlli olub.

 İmtahanın II mərhələsindən sonra isə daha bir neçə proqram üzrə qəbul planının kəsirdə qaldığı məlum oldu. Yalnız 12 (060507 Hidrometeorologiya), 25 (060617 Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi), 29 (060605 Dağ-mədən mühəndisliyi), 57 (060804 Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)), 60 (060652 Kosmik texnika və texnologiyalar mühəndisliyi), 61 (XTM 060001 Silah və silah sistemlərinin istehsal texnologiyası) və 71 (060650 Yanğın təhlükəsizliyi mühəndisliyi) saylı proqramlara aid olan ixtisaslaşmalar üzrə qəbul planı tam dolub.

Qalan 67 proqram üzrə qəbul planı bu və ya digər səviyyədə kəsirdə qalıb. Bunlardan 15 proqram üzrə isə plan yerlərinin 50%-dən çoxu boş qalıb. Ən yüksək qəbul planına malik olan proqramlardan 56 saylı proqram üzrə qəbul planı 79.68%, 26 saylı proqram üzrə isə 73.77% dolub. Bu iki proqramın birlikdə götürülmüş qəbul planı ümumi qəbul planının 34.05%-ni, bu proqramlara daxil olan ixtisaslaşmalara qəbul olanlar isə ümumilikdə magistraturaya qəbul olanların 33.00%-ni təşkil edir.

Şükufə Süleymanlı