XƏBƏRLƏR

24.06.2019 11:04
AMEA-dan magistraturaya qəbul olunan bakalavrlara xəbərdarlıq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olunan bakalavrlara xəbərdarlıq edib. 

Akademiyanın Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzEdu.az-a bildirilib ki, 2019/2020-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbul olan bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. 

Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;

- Şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə;

- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti – 2 nüsxə;

- 3x4 ölçüdə rəngli fotoşəkil – 4 ədəd;

- Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;

- Təhsil haqqından azad olmaq hüququna malik olanlar müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqini.

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı 2019-cu il iyun ayının 27-dən iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsində aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

İlin gənc müəllimi-Müraciət formu