Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-24 10:04:00
Bağça müdiri neçə il vəzifədə qala bilər? – Əsasnamə

Ölkənin təhsil mühitində müəssisə rəhbərinin təyin olması, işdən kənarlaşdırılması məsələlələri daim aktual olaraq qalır. Orta məktəb direktorlarının işə qəbulu qanunvericiliyin qaydalarına uyğun olaraq təyinat əsasında baş tutsa da, nədənsə, məktəbəqədər müəssisələr barədə bunu demək olmur.

Ümumiyyətlə, bağça müdiri neçə il vəzifədə qala bilər və hansı hallarda işdən kənarlaşdırılmalıdır?

AzEdu.az xəbər verir ki, bu barədə məsələlər “Məktəbəqədər tərbiyə müəssisələri haqqında” Əsasnamədə əksini tapıb.

Əsasnaməyə görə, bağçaya rəhbərlik edən şəxs müəyyən kriteriyalara cavab verməlidir:

Yalnız ali ixtisas təhsilli, 3 ildən az olmayaraq  ixtisasa uyğun iş stajına malik şəxslər müdir təyin edilə bilərlər. Müstəsna hallarda orta ixtisas təhsilinə və 5 ildən az olmayaraq iş stajına malik şəxslər nazirliyin razılığına əsasən, bağça rəhbəri ola bilirlər.

Məktəbəqədər müəssisələrə müdir yerli təhsil orqanlarının göndərişinə əsasən, müəssisə rəhbərliyi tərəfindən təyin edilirlər.

Adətən bağça müdirlərinin uzun müddət məktəbəqədər təhsil müəssisələrinə rəhbərlik etdiklərinin şahidi oluruq.

Əslində isə, qanunvericiliyə əsasən, müdir 5 il müddətinə seçilir. Onun 2 dəfə seçilmək  şansı var. Özünü doğrultmazsa, Nizamnaməyə müvafiq olaraq geri çağırıla bilər. Bağça rəhbəri vəzifədən vaxtından əvvəl də azad oluna bilər.

Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri bağça daxilindəki bütün proseslərə görə məsuliyyət daşıyır. O, fəaliyyəti haqqında tabe olduğu orqan qarşısında vaxtaşırı hesabat verməlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları