Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-23 17:59:00
Şəkidə ali məktəblərə qəbul imtahanları üç mərkəzdə aparılıb

Dövlət İmtahan Mərkəzinin iyunun 23-də Şəki şəhərində keçirdiyi 2019/2020-ci tədris ili üçün I və IV ixtisas qrupları üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-a verdiyi məlumata görə, imtahanların keçirilməsi üçün Şəki şəhərində 3 imtahan mərkəzi ayrılıb. İmtahanlar Şəki şəhərindəki 8 nömrəli və Qoxmuq kənd tam orta məktəblərində, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. Ümumilikdə 1682 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 12 imtahan rəhbəri və 148 nəzarətçi-müəllim cəlb olunub.

İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə I qrupda riyaziyyat, fizika və kimya fənləri, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim olunub.

Regional bölmədən bildiriblər ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qayda pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda başa çatıb