Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-23 16:32:00
 I və IV qruplar üzrə imtahan verən ən yaşlı və ən gənc abituriyent - Yaşları  

Dövlət İmtahan Mərkəzi bu gün 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

DİM-dən AzEdu.az-a bildirilib ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən ən yaşlı abituriyentin 54, ən gəncin isə 15 yaşı var.   

Məlumatda qeyd olunurki, ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2004-cü ildəndir.

Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları