Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-23 13:17:00
Çində oxumaq istəyənlər üçün vacib imtahan - Buradan öyrənin 

 

Xarici universitetlərdə təhsil almaq istər dünyagörüşün formalaşması, istərsə də təhsil, elm baxımından əhəmiyyətlidir.

AzEdu.az bu dəfə HSK  imtahanı  haqqında zəruri məlumatları təqdim edir:

Çində hökumət və digər təqaüdlərlə təhsil almaq istəyən şəxslərdən HSK və HSKK imtahan sertifikatları tələb olunur.

HSK – əcnəbilər üçün nəzərdə tutulan Çin dili səviyyəsini müəyyən edən imtahandır. HSK imtahanı “Hanban” (Konfutsi İnstitutu) tərəfindən təşkil olunub. Bu imtahan dünyanın 140-dan çox ölkəsində, o cümlədən, Azərbaycanda keçirilir. HSK imtahanın 6 səviyyəsi var. Digər dil imtahanlarından fərqli olaraq, HSK imtahanın səviyyəsini tələbələr özləri seçir. HSK1 və HSK2 pinyin (latın əlifbası) əsasında, HSK3-HSK6 imtahanları isə heroqliflər əsasında hazırlanır. Səviyyəsindən asılı olmayaraq, imtahan 3 hissədən ibarətdir: Dinləmə,oxuma, yazma...

HSK imtahanın səviyyələri

1.HSK 1: 150 söz (A1)

2.HSK 2: HSK 1 + 150, yəni cəmi 300 söz (A2)

3.HSK 3: HSK 2 + 300, yəni cəmi 600 söz (B1)

4.HSK 4: HSK 3 + 600, yəni cəmi 1200 söz (B2)

5.HSK 5: HSK 4 + 1300, yəni cəmi 2500 söz (C1)

6.HSK 6: HSK 5 + 2500, yəni cəmi 5000 söz (C2)

 HSKK isə HSK-dən fərqli olaraq, yalnız danışıq imtahanıdır. Adətən bakalavr səviyyəsində HSK4, magistr və doktorantura dərəcəsi üçün HSK5 sertifikatı tələb edilir.

Qeyd edək ki, HSK imtahanında iştiraka dair heç bir limit yoxdur. Yəni HSK  imtahanında bir neçə dəfə iştirak etmək mümkündür.  

Günel Yaşarqızı
Müəllifin digər yazıları