Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-22 12:43:00
Kimlər peşə təhsil müəssisələri təsis edə bilməzlər?   - Hüquqi sənəd

 

 Peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.

 Bu haqda Peşə təhsili haqqında “Azərbaycan Respublikasının Dövlət Qanunu”nda qeyd edilib.

 Peşə təhsili müəssisəsinin fəaliyyəti üçün aşağıdakı qeyd olunan şərtlər təmin edilməlidir:

 

  1. Təşkilati struktur və nizamnaməyə malik olmaq;
  2. İxtisaslı müəllim və mühəndis-pedaqoji işçilərə malik olmaq;
  3. Peşə təhsilinin dövlət standartlarına uyğun şəraitə, o cümlədən peşə təhsilinin tələblərini qarşılayacaq tədris avadanlıqları və təlim texnologiyalarına malik olmaq.

 AzEdu.az xəbər verir ki, təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olsa da  təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.

 Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Publik hüquqi şəxslər haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.