Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-22 12:04:00
Kürdəmir   məktəbi  etwinning  dalğasında

Artıq  6  aydır ki, etwinning layihəsi Kürdəmir şəhər  3  saylı tam orta məktəbdə  uğurla  həyata  keçirilir.

Layihə  mənim, yəni  məktəbin Azərbaycan  dili  və  ədəbiyyat  müəllimi Günəş  Şərəfəddin  qızı  Xudiyeva  tərəfindən davam  etdirilir. Qoşulduğum layihələrdən  biri  də “ Oyuncağımı  paylaşıram, oyunla ögrəniyorum “ adlı  olduqca maraqlı  və faydalı  bir projedir.Qurucuları Türkiyədən Nevzat  Can  və  Nesrin Şahinoğulları  Balıkçı olan  bu  layihə  15  mart  2019-cu  il  tarixində yaradılıb. Məqsəd şagirdlərin  maraq, istedad  və  qabiliyyətlərini inkişaf  etdirərək  birlikdə iş  görmə  alışqanlığı  qazandırmaq, onların  paylaşma  duyğusuna  sahib  olmasına  nail  olmaq, boş  vaxtlarını necə  dəyərləndirəcəklərini öyrətmək, oyunla  öyrənmənin təhsildə  önəmini  vurğulamaqdır. 28  müəllimin iştirak etdiyi  bu  projedə Azərbaycandan  yalnız  mən   fəaliyyət  göstərirəm. Layihənin icrası  zamanı  şagirdlərim Türkiyənin müxtəlif  bölgələrinin  şagirdləri ilə canlı  bağlantılarda, video – konfranslarda fəal  iştirak  edərək  həm  fikir mübadiləsi  aparmış,  həm  də  təcrübə  qazanmışlar.

  Layihə  daxilində aparılan çalışmalardan biri  də  mandaladır.Təhsilalanlar mandala  haqqında araşdırmalar aparıb onlar üçün  yeni  olan məlumatlar  əldə  etdilər. Eyni  zamanda  həmahəngliyi  anladılar, ahəng  qanunu daha  yaxşı başa düşmələrinə, həmçinin  şeirlərdə qafiyəni asanlıqla müəyyənləşdirmələrinə nail  oldum. 

Proje  çərçivəsində  artıq  istifadə  etmədikləri  geyim  ləvazimatlarından  müxtəlif  oyuncaqlar  yaratdılar  və   onları  bir-birləri  ilə  paylaşaraq  maraqlı oyunlar  təşkil  etdilər. Bu, şagirdlərin yaradıcılıq qabiliyyətlərini  inkişaf  etdirdi, düşündüklərini  sərbəst  ifadə  etmələrinə, nəqli, sual  və  əmr  cümlələrini  fərqləndirmələrinə böyük  kömək  oldu. Sonra  oyuncaq  dolabları düzəltdilər  ki, bu  da  şagirdlərə  səliqəli olmağı  aşılamaqla  yanaşı, sözləri  yaranma  üsullarına görə  qruplaşdırma bacarığını da  öyrətdi.

 Layihədə çalışmalardan  biri  də  Quiver  tapşırığı idi. Bu  tapşırıq vasitəsilə  təhsilalanların  heyvanlara  məhəbbəti  artır  və  onlara  qayğı  ilə  yanaşmağa  başladılar. Həm  də  internetdən  məqsədyönlü  şəkildə  necə  istifadə  edəcəklərini, asudə  vaxtlarını  necə  dəyərləndirəcəklərini öyrəndilər.

  Ümumiyyətlə, bu  layihənin vasitəsilə  bütün  şagirdlər  məktəbə  daha  çox  bağlandılar, dərsə  maraq  və  diqqətləri daha da  artdı. Biz  oyunla  öyrənmənin  təhsildə  önəmini  bir  daha sübut  etmiş  olduq.    (modern.az)