Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-10 16:05:00
İmtahanda təlaşa düşsəniz, bunları edin

“Valideynlərə üz tutub, xahiş edirəm ki, övladlarına təzyiq göstərməsinlər.  Onlarla başqası arasında müqayisə aparmayın. Övladınıza verdiyiniz dəyəri imtahanda göstərdiyi nəticəyə bağlamayın və dəyərli  olduqlarını daim hiss etdirin”

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin rəsmi feysbuk səhifəsindəki canlı yayımda DİM-in Strateji İnkişaf  Şöbəsinin baş məsləhətçisi, psixoloq Pərvin Kazımov deyib. Onun sözlərinə görə, qiymətləndirilməkinsan üçün daim stressə səbəb olur:

“Hər şey beynimizdə baş verir. Heç kim bizə kənardan qorxunu olduğu kimi təlqin etmir. Özümüz özümüzü qorxuduruq. Valideynlərəüz tutub, xahiş edirəm ki, övladlarına təzyiq göstərməsinlər.  Onlarla başqası arasında müqayisə aparmayın. Övladınıza verdiyiniz dəyəri imtahanda göstərdiyi nəticəyə bağlamayın və dəyərli  olduqlarını daim hiss etdirin. Ola bilər ki, övladınıza inandığınızı desəniz də, gözləriniz tamamilə başqa şey ifadə etsin. İnam çox vacib məqamdır”.

“İmtahanda çətin suallarla qarşılaşıb, onu həll edə bilməmək  şagirddə panikaya səbəb olur. Odur ki, ilk növbədə asan tipli tapşırıqları işləmək lazımdır. Təlaşa qapılan zaman nəfəs hərəkəti ilə bu vəziyyətdən xilas olmaq mümkündür” – deyən Pərvin Kazımovun sözlərinə görə, imtahandan bir neçə gün öncə yeni mövzu öyrənmək məsləhət deyil:

“Qəbul ərəfəsində yaxşı bildiyiniz mövzuları təkmilləşdirin. İmtahanda çətin suallarla qarşılaşda bunu həll edə bilməmək şagirddə panikaya səbəb ola bilər. Ona görə də ilk növbədə asan tipli tapşırıqları işləmək lazımdır. Təlaşa qapılan zaman nəfəs hərəkəti ilə bu vəziyyətdən xilas ola bilərsiniz. Dik oturub dərin nəfəs alaraq yavaş-yavaş nəfəsi buraxmaq lazımdır. 3-4 dəqiqə sonra rahatlıqla tapşırıqlara keçid ala bilərsiniz”.

Qeyd edək ki, mayın 12-si ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılacaq. İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və 2562 nəzarətçi-müəllim cəlb olunacaq.

QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları