Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-20 16:04:45
Özəl məktəblər necə maliyyələşdirilir? - Rəsmi

Qanunvericiliyə əsasən, orta ümumtəhsil müəssisələri artıq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Bu, orta məktəblərin maliyyələşmə mexanizminə də təsir göstərəcək.

Maraqlıdır, bəs, özəl orta ümumtəhsil müəssisələrinin maliyyələşməsi necə həyata keçirilir?

AzEdu.az xəbər verir ki, özəl orta məktəblərinin maliyyə mənbələri ümumi orta təhsil müəssisələrinin nümunəvi nizamnaməsində əks olunub. Nizamnaməyə əsasən, özəl məktəblər aşağıdakı mənbələrdən maliyyələşdirilir:

- Təhsil haqqı;

- Təsisçilərin vəsaitləri;

- Qanunvericiliyə uyğun olaraq aldıqları qrant və kreditlərin məbləğləri;

- Hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;

- Təhsil, istehsal, məsləhət xidmətlərindən əldə edilən vəsaitlər;

- Qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan

vəsaitlər.

Özəl ümumtəhsil məktəbi öz maliyyə vəsaitlərini sərbəst idarə edir. O, təhsil haqqının məbləğini hər təhsil səviyyəsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir. Özəl məktəb göstərdiyi xidmətlərdən əldə etdiyi vəsait hesabına avadanlıq və digər vasitələr ala bilər.

Özəl ümumtəhsil məktəbi ilə valideynlər arasında münasibətlər müqavilə ilə tənzimlənir. Ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları