Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-20 15:37:00
Peşə məktəblərində oxumaq istəyənlərin nəzərinə - QƏBUL QAYDALARI  

Peşə təhsil müəssisələrinə qəbul “Asan Xidmət” vasitəsilə həyata keçirilir.

Peşə təhsili müəssisəsinə qəbul olunmaq üçün şəxsiyyət vəsiqəsi və təhsil müəssisəsini təsdiq edən sənədlə “Asan Xidmət” filiallarından birinə müraciət etmək kifayətdir. Qəbul zamanı müraciət edənlərə müəyyən şərtlər əsasında üstünlük verilir.

AzEdu.az Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən şərtləri təqdim edir:

  1. Təhsil sənədində (şəhadətnamə və attestat) göstərilən qiymətlərin orta balına əsasən;
  2. İşə götürənlər tərəfindən göndərişlə gələnlərə;
  3. İxtisası üzrə iş stajı olanlara.

Bu şərtlər “İlk peşə təhsili müəssisəsinə şagird qəbulu qaydaları”nda öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ilk peşə təhsili müəssisəsinə bu qaydalara uyğun olaraq ödənişli əsaslarla qəbul olunurlar.

Rəna NƏBİ