Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-20 13:40:53
“Təhsil” Respublika İdman Mərkəzinin yetirmələrindən 8 medal qazanıblar -FOTO  

16-20 iyun 2019-cu il tarixlərində Macarıstan Respublikasının Budapeşt şəhərində döyüş idman növləri üzrə məktəblərin dünya oyunları keçirilib.

AzEdu.az xəbər verir ki, 18 ölkədən 2350 idmançının qatıldığı yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin karate və cüdo idman növləri üzrə komandaları 9 idmançı ilə təmsil olunub.

Mərkəzin yetirmələri yarışlarda 5 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb, karate idman növü üzrə medal sayına görə 8 ölkə arasında komanda hesabında I yerə layiq görülüb.