Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-20 10:40:00
2  nəfər magistraturaya müsabiqədənkənar qəbul olunub - SƏBƏB  

İncəsənət sahəsi üzrə 2 nəfər magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.

İxtisaslaşma seçimində iştirak edən 7.531 bakalavrdan 6.506 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

Qəbul olunanlardan 2.799  nəfəri dövlət sifarişi, 3.707 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.

Onlardan 4348 nəfəri ali təhsil müəssisələrinin cari,  2158 nəfəri isə əvvəlki illərin məzunudur.

Xatırladaq ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar  iyunun 27-dən  iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları