XƏBƏRLƏR

19.06.2019 21:44
Riyaziyyat və Mexanika İnstitutunda seminar

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Kompleks çoxhədlilər üçün ekstremal məsələlər” mövzusunda elmi seminar keçirilib.

 
İnstitutdan AzEdu.az-a verilən məlumata görə, seminarda Bolqarıstanın Riyaziyyat və İnformatika İnstitutunun akademiki Blaqovest Xrista Sendovun məruzəsi dinlənilib.  Məruzə kompleks çoxhədlilər üçün ekstremal məsələlərin həlli yollarına həsr olunub.

Sonda Roll teoreminin kompleks çoxhədlilərə tətbiqi göstərilib.

İlin gənc müəllimi-Müraciət formu