XƏBƏRLƏR

19.06.2019 16:59
“Müəllimlərin maaşı eyni şəkildə artmayacaq” –Təhsil ekspertindən izah  

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılmalıdır.

Təhsil  eksperti Məlahət  Mürşüdlü AzEdu.az-a açıqlamasında maaşların artırılması ilə bağlı bütün müəllimlərin marağında olan sualı cavablayıb:

“Prezidentin maaş artımı ilə bağlı verdiyi sərəncam bütün müəllimlərə aid deyil. Bildiyimiz kimi, yalnız diaqnostik qiymətləndirmədən keçən müəllimlərə şamil olunacaq.

Lakin bir nüansı da nəzərə alaq: Keçən illərin praktikası bir daha sübut edir ki, müəllimlərin maaşı eyni şəkildə artırılmır. Artım qiymətləndirmənin nəticəsinə uyğun olaraq, nəzərdə tutulur.

Arzu edərdim ki, bu qərar iyul ayının birindən qüvvəyə minsin.Sentyabr ayına qədər 2 ay keçəcək. Mən düşünürəm ki, bu bazar qiymətlərinin  qalxmasına səbəb olacaq”.

Müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artımla 2019-cu il sentyabrın 1-dən etibarən hesablanacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram.

Şükufə Süleymanlı

İlin gənc müəllimi-Müraciət formu