XƏBƏRLƏR

19.06.2019 16:26
Bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarını artıracaq - Nazir

"Beynəlxalq olimpiadalarda nəticələr ildən-ilə yaxşılaşır və qısa müddətdə mühüm nailiyyətlər əldə edilir".

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Onun sözlərinə görə, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir.

Nazir bildirib ki, Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq təhsil müəssisələrinin və yerli təhsili idarəetmə orqanlarının prioriteti olmalıdır: "Artıq bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq. Bu da məktəblərin və müəssisə rəhbərlərinin həvəsləndirilməsi üçün əsasdır".

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu