XƏBƏRLƏR

19.06.2019 15:58
Ceyhun Bayramov fənn olimpiadalarının önəmindən danışdı  

“Respublika Fənn Olimpiadaları ölkədə ən rəqabətli yarışlarından biridir”.

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırma mərasimində deyib.

O, beynəlxalq olimpiadalarda şagirdlərin nəticələri hər il getdikcə yaxşılaşdığını bildirib.

Nazirin sözlərinə görə, təxminən, son 5 il ərzində Respublika Fənn Olimpiadalarının keçirilməsində sistemli dəyişikliklər baş verib.

C.Bayramov xatırladıb ki, qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, Respublika Fənn Olimpiadaları qalibləri isə müvafiq ixtisaslar üzrə müsabiqədənkənar, ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə edəcəklər.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu