XƏBƏRLƏR

19.06.2019 13:42
İctimai şuranın üzvləri  imtahanların gedişini izləyiblər - FOTOLAR  

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun rəhbərlik  etdiyi İctimai  şuranın üzvləri  bu gün bir araya gələrək Lənkəran Dövlət Universitetində (LDU) 2018-2019-cu tədris ilinin yaz semestrinin  imtahan sessiyasının  gedişini canlı izləyiblər.

AzEdu.az xəbər verir ki, şura üzvləri imtahan gedən auditoriyalarda tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani tanış olublar.

Eyni zamanda, İctimai şura üzvləri Lənkəran Dövlət Universitetinin təhsil həyatı, burada professor-müəllim -tələbə heyəti üçün yaradılan şərait, son ildə tədrisin modern təşkili, universitetin yenilənmiş maddi-texniki bazası,yardımçı təsərrüfatı  ilə yaxından tanış olmaq imkanı qazanıblar.

İmtahanların gedişi ilə tanışlıqdan sonra  İctimai şuranın üzvlərini  LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.Universitet rəsmisi şura üzvlərinin imtahanların gedişi  ilə bağlı təəssüratları ilə maraqlanıb,təklif və rəylərini dinləyib,imtahanların tam obyektiv və şəffaf şəkildə keçirilməsi üçün bundan sonra da  bütün mümkün tədbirlərin görüləcəyini deyib.

İlin gənc müəllimi-Müraciət formu