XƏBƏRLƏR

19.06.2019 11:45
Müəllimlərin maaşının artması valideynləri də seçimə vadar edəcək - Deputat  

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb.

Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılır.

AzEdu.az xəbər verir ki, Milli Məclisin deputatı Asim Mollazadə Modern.az-a açıqlamasında deyib ki,  Prezidentin əməkhaqqının  artırılması ilə bağlı addımları çox mühümdür.

“Bu,  Azərbaycan xalqının rifahının artırılmasına hesablanmış məsələlərdir. Xüsusi olaraq peşəkar müəllimləri bu istiqamətdə onların gəlirlərini yeni səviyyəyə çatdırmaqdır. Düşünürəm ki, bu artım  Azərbaycanda təhsil sisteminin inkişafına xidmət edəcək”.

Deputat bildirib ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqının artırılması valideynləri də seçim etməyə vadar edəcək.

“Məktəblərdə səviyyələri yüksək olan müəllimlərin çalışması Azərbaycanda təhsil sistemini sürətlə dəyişdirə bilər. Mənə elə gəlir ki, bu, öz-özlüyündə valideyn-məktəb vəhdətini gücləndirəcək.

Valideynlər peşəkar müəllimlərin çalışdığı məktəbləri seçərək uşaqlarının gələcəyinə müəyyən töhfə verəcəklər. Hər valideyn övladının daha savadlı  müəllimdən təhsil almasına çalışacaq”.

İlin gənc müəllimi-Müraciət formu