XƏBƏRLƏR

19.06.2019 11:30
MİQ üzrə müsabiqədən uğurla keçənlərin də maaşı artdı  

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçən müəllimlərin əməkhaqqısı da 20 faiz artımla hesablanacaq.

AzEdu.az xəbər verir ki,  “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"na uyğun olaraq müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanan müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar.

Həmin müəllimlərə verilən əmək haqqı bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi imtahanında iştirak etmiş müəllimlərdə olduğu kimi yeni qaydada artımla ödəniləcək.

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılmalıdır.

Qeyd edək ki, müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artımı 2019-cu il sentyabrın 1-dən artırılacaq.

İlin gənc müəllimi-Müraciət formu